Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandıbackend

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

İşğaldan azad edilən ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.

Daxili İşlər Naziliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları 7 avtomat, 3 qumbaraatan, 3 pulemyot, 7 qumbaraatan mərmisi, 8 əl qumbarası, 4 partladıcı vasitə, 3 sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*