Xüsusi təyinatlılar silahlı bandanı belə zərərsizləşdirir – Məşhur “vor zakon” un adamlarıdır + Videobackend

Xüsusi təyinatlılar silahlı bandanı belə zərərsizləşdirir - Məşhur "vor zakon" un adamlarıdır + Video

Konkret.az bildirir ki, Ukraynanın Dnepropetrovsk vilayətində “KORD” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri adam oğurlayıb əvəzində pul tələb edən silahlı bandanın üzvlərini həbs edib.

Vilayət polisinin yaydığı məlumata görə qruplaşmanın tərkibinə 20-30 yaşında gənclər daxil olub. Bandanı təşkil edən isə məşhur “vor zakon”dur, amma onun adı açıqlanmır. Hərçənd həbsxanadan çıxandan sonra Türkiyədə yaşadığı bildirilir. Həmin “vor zakon”un nəzarəti altında Ukraynada və qonşu ölkələrdə bir neçə qruplaşma fəaliyyət göstərir.

Saxlanılanların mənzillərində və avtomobillərində aparılan axtarışlar zamanı silah da tapılıb. Saxlanılanlar iki nəfərdir, dəstənin digər üzvlərinin tutulması üçün polis əməliyyatı davam edir.

Virtualaz.org

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*