Yakov Kedmin: “Erməni əsgərləri boş yerə qırğına getdilər”backend

Yakov Kedmin: “Erməni əsgərləri boş yerə qırğına getdilər”

“Ermənistan silahlı qüvvələrinin müqavimət göstərmək qabiliyyəti yox idi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmin ITON-TV-yə müsahibəsində bildirib.

O xüsusi olaraq vurğulayıb ki, “Ermənilər müasir silahlarla necə mübarizə aparacaqlarını bilmirlər. Azərbaycanla döyüş qeyri-bərabər şəraitdə baş verirdi. Ermənistan hakimiyyəti hesab edirdi ki, əsgər və zabitlər böyük qəhrəmanlıq göstərməklə müharibəni uda bilərdi. Yanaşma kökündən yanlış idi. Hər şey taktikalar, silahlar, əməliyyat qabiliyyətləri ilə həll edilir”.

Hərbi ekspert bildirib ki, “Tankların və raket atıcılarının kamuflyaj edilməsi üçün əsas qaydalara əməl edilmirsə, heç bir şey köməyə çata bilməzdi. Düzgün komandanlıq, strateji manevr, zəruri sursatların çatdırılması və səfərbərliyin təşkili olmasından isə söhbət belə gedə bilməz. Bu baxımdan erməni əsgərləri boş yerə qırğına getdilər. Fərarilik edənlərə isə hələ də qəzəblidirlər”.

Yakov Kedminin fikrincə, müqavilələrin imzalanmasına alternativ yalnız 20 min nəfərlik Ermənistan ordusunun mühasirəsi ola bilərdi və Azərbaycan qoşunları Stepanakertə girəcəkdi.

Yakov Kedmi İrəvandakı etiraz aksiyalarında səsləndirilən şüarlara təəccüblənir: “Rus sülhməramlılarını çıxarın! Anlamıram, münaqişə zonasına kim göndəriləcəkdi? Amerika dəniz piyadaları? Yoxsa Fransız Xarici Legionu? Yoxsa Saakaşvilinin Xalq Azadlıq Qüvvələri? Sizi kim müdafiə edəcəkdi?”.

Natiq Səlim,

KONKRET.az

  • Vüqar
    Noyabr 14, 2020 - 20:36

    Bu aprel döyüşlərində erməniləri tərifləyən Yakov Kedmi degil mi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*