Yaponiya da Ukrayna ilə bağlı bu təşəbbüsə qoşuldu – Rusiya nə edəcək?backend

Yaponiya da Ukrayna ilə bağlı bu təşəbbüsə qoşuldu - Rusiya nə edəcək?

Yaponiya NATO proqramı çərçivəsində Ukraynaya silah tədarükünə qoşulub.

KONKRET.az xəbər verir ki, bunu NHK tele-radio şirkətinin NATO-dakı mənbələri bildiriblər.

Məlumata görə, Tokio proqram çərçivəsində əsasən qeyri-ölümcül avadanlıq və ləvazimat, o cümlədən radar sistemləri və bədən zirehləri alacaq.

NHK mənbələri qeyd ediblər ki, Yaponiya qərarını artıq bir neçə NATO ölkəsinə və Ukraynaya çatdırıb, yaxın günlərdə isə rəsmi elan gözlənilir.

NATO nümayəndələrindən biri deyib ki, hətta qeyri-ölümcül avadanlıq belə Ukrayna üçün son dərəcə əhəmiyyətlidir və Yaponiyanın iştirakının özü önəmli addımdır.

Qeyd edək ki, söhbət ABŞ və NATO tərəfindən Donald Trampın prezidentliyi dövründə Kiyevə yardımın azaldılmasından sonra yaradılmış PURL təşəbbüsündən gedir.

Bu təşəbbüs Avropa ölkələrinin maliyyəsi hesabına Ukraynaya ABŞ istehsalı kritik silah və texnika tədarükünü mümkün edir.

Proqrama həmçinin Avstraliya və Yeni Zelandiya da qoşulub. Həmkar ölkələr prioritet ehtiyac siyahısına uyğun tədarükü maliyyələşdirir və ianələri NATO-nun xüsusi fondu vasitəsilə koordinasiya edirlər.

Ötən ilin sonunda Yaponiya Kiyevə təcili bərpa proqramı çərçivəsində 8,8 milyard yapon yeni (təxminən 47,7 milyon avro) göndərib və qrant yardımının növbəti mərhələsinin başlanmasını razılaşdırıb. Bu ilin yanvarında isə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Ukrayna ərazisinin minalardan təmizlənməsi və əhaliyə tibbi yardım göstərilməsi üçün 4 milyard yeni (təxminən 25 milyon dollar) ayırıb. Bundan əvvəl Tokio Ukraynaya 12,1 milyard dollar maliyyə dəstəyi göstərmişdi ki, bu da dövlət büdcəsinin çatışmazlığının ödənməsi və hərbi əməliyyatların zərərinin bərpasına yönəldilmişdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*