Yaponiya hökuməti Rusiyadan olan 48 fiziki və 73 hüquqi şəxsin, həmçinin bir bankın aktivlərinin dondurulduğunu elan edib.
KONKRET.az “Kommersant“a istinadən xəbər verir ki, siyahıda “Kalaşnikov” konserninin rəhbəri Alan Luşnikov və Rusiya müdafiə nazirinin müavini Viktor Qoremikin də var.
Məhdudiyyətlər həmçinin Rusiya Prezidenti Dövlət Şurasının fəaliyyətinin təmin edilməsi şöbəsinin rəhbəri Aleksandr Xariçevə, onun müavini Boris Rapoporta və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında kompüter mərkəzinin əməkdaşlarına şamil edilib.
Sanksiyaya məruz qalan təşkilatlar arasında “Ak Bars” holdinqi, hərbi-sənaye kompleksi ilə əlaqəli bir neçə institut və tədqiqat mərkəzləri də var.
Qeyd edək ki, fevralın 25-də Yaponiyanın Baş naziri Fumio Kişida Tokionun Rusiyadan olan 120 nəfər və təşkilata sanksiya tətbiq edəcəyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
