Yaponiyada ZƏLZƏLƏ – sunami təhlükəsi ELAN EDİLDİbackend

Yaponiyada ZƏLZƏLƏ - sunami təhlükəsi ELAN EDİLDİ

Yaponiyanın İzu arxipelaqının cənubunda 6,6 bal gücündə zəlzələ baş verib və sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, zəlzələ səhər saat 11:00-da Yaponiyanın İzu arxipelaqının cənubundakı Torişima adası yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Qeyd edilir ki, ehtimallara görə sunaminin hündürlüyü 1 metr olacaq. Meteoroloqlar xəbərdarlıq edirlər ki, hündürlüyü bir metrə çatan dalğa belə insanı ayağından yerə sala bilər.Əhaliyə sahildən uzaq durmaq barədə çağırış edilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*