Yaşayış binalarında ofislər bu qaydada yerləşdirilməlidirbackend

Yaşayış binalarında ofislər bu qaydada yerləşdirilməlidir

Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər.

KONKRET.az-ın məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin (İctimai təyinatlı sahələrin binanın yaşayış hissəsindən təcrid olunmuş girişləri və təxliyyə çıxışları olmalıdır) tələbləri nəzərə alınmalıdır.

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansard mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*