Yataqxanada YANĞIN: bir nəfər təxliyə olundubackend

Yataqxanada YANĞIN: bir nəfər təxliyə olundu

Gəncə şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binanın 2-ci mərtəbəsinin mətbəxində 1 ədəd dolab yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 4 m² sahədə qarsalanıb.

Yanğın zamanı 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*