Yelisey sarayı: “Makron Dağlıq Qarabağdakı hərbi əməliyyatların sona çatmasından razıdır”backend

Yelisey sarayı: "Makron Dağlıq Qarabağdakı hərbi əməliyyatların sona çatmasından razıdır"

Noyabrın 13-də gecə saatlarında Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Makron Fransadan humanitar yardımların irəvana çatdırılması üçün görülən işlər barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə Yelisey sarayının mətbut xidməti məlumat verib. Məlumatda deyilir ki, Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı hərbi əməliyyatların sona çatmasından razıdır. Fransa dövlətinin başçısı Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların bitməsindən məmnunluğunu, habelə problemin ədalətli, uzunmüddətli və bütün tərəflər üçün məqbul sayılan siyasi həll yollarını axtarmağa hazır olduğunu bildirib.

Makron, həmçinin Ermənistanın Baş nazirinə Fransadan humanitar yardımın göstərilməsi üçün səylərin təşkili ilə bağlı cümə axşamı keçirilən görüş barədə məlumat verib.

Surxay Atakişiyev.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*