Yeni “Alfa Romeo” krossoveri GÜNDƏM OLDU – “Ya adını dəyişin, ya da…”backend

Yeni "Alfa Romeo" krossoveri GÜNDƏM OLDU - "Ya adını dəyişin, ya da..."

İtaliya hakimiyyəti yeni Alfa Romeo krossoverinə qarşı çıxıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın sənaye naziri Adolfo Urso jurnalistlərə bildirib ki, konveyer Polşada yerləşdiyi halda yeni krossoveri “Milano” adlandırmaq olmaz.

O, istehlakçıları çaşdıran məhsullara yönəlmiş 2003-cü il qanununa istinad edib: “Bu, İtaliya qanunları ilə qadağandır”.

Avtomobil istehsalçısı isə öz arqumentlərini belə təqdim edib: İtaliyada istehsal maya dəyərini xeyli artıracaq.

Cənab Urso isə vurğulayıb ki, “Milano” adlanan avtomobil İtaliya istehsalı olmalıdır. Qeyd edək ki, yeni qanunvericiliyə görə İtaliya ticarət nişanları sərt şəkildə qorunur. Məsələn, pendir alverçiləri Amerika istehsalı Parmezanın adını dəyişməyə məcbur olublar.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*