Yeni dövr başladı: İnsan əməyini robotlar əvəz edəcək, yeni ixtisaslar yaranacaqbackend

Yeni dövr başladı: İnsan əməyini robotlar əvəz edəcək, yeni ixtisaslar yaranacaq

Yeni çağ- yeni dövr. Artıq baxdığımız filmlər ,animasiyalr, fantastik səhnələr bizə elə də qəribə gəlmir. Bir vaxtlar baxdığımız bəzi səhnələr ,indi həyatımızın özülünü təşkil edir.

Əlaqə?  Texnologiya və onun inkişaf səviyyəsi.

Nəzəri olaraq beynimizdə canlardırdığımız bir çox şey , texnologiya sayəsində xülyadan reala dönüşüb. Budur yeni cağ, budur yeni dövr.

Çağın tələblərinə uyğun olaraq ,indiki dövrdə həyatımızın bir hissəsinə çevrilmiş texnoloji yeniliklərdən hər birimiz istifadə edirik.

Bu yenilik həyatımıza 80- ci illərdən , yavaş-yavaş daxil olub, getdikcə günlük rutinimizin bir hissəsinə çevrilib. Yeni texnologiyalar həyatımızı asanlaşdırıb, mobilləşməyə kömək etsə də, bəzən arzuolunmaz məqsədlər üçün də istifadə olunur.  Hər zaman ki, kimi ,indiki dövrdə də elmdən istifadə edib, insanlığa zərər verilir.

Texnoloji yeniliklər bir sıra sahələrin inkişafına müsbət cəhətdən çox təsir edir. Əsasən də informasiyanın mobilləşməsinə və intellektin süniləşməsinə böyük təsiri oldu. İnformasiyanın mobilləşməsi, informasiya texnologiyasının inkişafına böyük təkan verdi. İndormasiyanın ötürülməsi, saxlanılması və emalı bu sahənin əsas qayəsidir. Bu sahənin inkişafında müasir kompüterlər, və digər müasir texnoloji yeniliklər böyük töhvə verir. Bütün bu olanlar sistematik şəkildə bir- bir birini tamamlamaqla, böyük bir infrastrukturun yaranmasına gətirib çixardı, və informasiya texnologiyaları bu strukturun əsas hissələrindən biridir.Və ayrıca bir sistem olaraq hərəkət edir. İnformasiya texnologiyasının əsas məğzi ilk növbədə ,informasiyanın ötürülməsi və öturülən informasiyanın təhlükəsizliyini təmin etməkdir.Bu təhlükəsizliyin keşiyində duran isə kiber təhlükəsizlik sahəsidir. Bu çox önəmlidir.

Çünki bütün bu yeniliklərin insanlığa düzgün xidmət etməsi üçun məxfilik mütləqdir. Buna insanların şəxsi məlumatları, biznes informasiyaları, iformasiya bazalarının qorunması daxildir. Kiber təhlükəsizlik bütün bunların qorunması üçündür. Amma təəssüflər olsun ki, yuxarıda qeyd etdiyimiz kimi, kiber texnologiyadan bəzən mənfi məqsədlər üçün istifadə olunur. İnsaların ,şirkətlərin data bazalarına, bank tətbiqlərinə, informasiya bazalarına olan kiber hücumlar xoşagəlməz haldır. Yenə təəssüf hissi ilə qeyd edirik ki, bəzi kiber və texnoloji mütəxxəssislər öz bacarıqlarından bu cür mənfi şəkildə istifadə edirlər. Təbii ki, bunun qarşısını almaq üçün dövlətlərin və şirkətlərin kiber təhlükəsizlik orqanları yüksək səviyyədə önləm alırlar hər zaman. Bunları qeyd etmişkən, bank məlumatları və informasiya bazaları mövzusuna toxunduq. Bu sahələrin asanlaşması yolunda , yeni hazırlanmış mobil və sistem tətbiqləri böyük rol oynayır. Bunlara bank tətbiqləri və müxtəlif “aplication-lar” daxildir. Gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilmiş bu tətbiqlərdən ,demək olar ki, bütün sahələrdə istifadə olunur.

Bank tətbiqləri, market tətbiqləri, maliyyə ,vergi və s. çox saymaq olar. Bu tətbiq sahəsinin pik nöqtəsi kimi süni intellekti göstərməmək qəbahət olardı. Və bu qarşılaşdırma da onu göstərir ki, informasiya texnologiyaları və süni intellekt bir- biri ilə sıx əlaqəli olan sahələrdi.Çünki süni intellektin əsas bazası informasiyadır.

Suni intellek. Qısa şəkildə ifadə etsək, insan zəkası ilə , texnologiyanın bir araya gətirmiş olduğu bir yenilikdən söhbət gedir. Süni intellekt yeni bir dönəm yaradır. Robotlaşmanın mükəmməl şəkildə davam etməsi desək daha doğru olar. Bizə xidmət edən yeni cihazlar , mobil telefonlar, smart televizorlar , paltaryuyanlar, qabyuyan aparatlar, şirə çəkən aparatlar, kondisonerlər bu sahənin təməl başlanğıcıdır. Bütün bunlar hamısı həyatımızı asanlaşdırır. Bu məqamda bu sahəyə böyük töhvə verən və deyərdim ki, bu sahənin açar nöqtəsi olan qeyri-səlis nəzəriyyənin banisi, Azərbaycanlı olan Lütfi-zadəni yada salmamaq olmaz. Bütün bu sadaladıqlarımız cihazlar qeyri-səlis nəzəriyyənin məhsuludur. Mövzudan bir az haşiyəyə çıxdıq…

Qayıdaq süni intellektə.

Süni intellekt indiki dövrdə robototexnikaya, informasiyanın analizinə, məlumamatların sürətli şəkildə alınmasına xidmət edir. Misal olaraq axtarış mühərrikləri, sərbəst şəkildə insansız hərəkət edən maşınlar, hərbi texnikalar və süni intellekt tətbiqlərini göstərmək olar. Və süni intellekt bir bilik bazası kimi istifadə olunur.Bilmədiklərimizi sürətli şəkildə öyrənmək, biliklərimizi artırmaq üçün artıq süni intellekt tətbiqlərindən rahat şəkildə istifadə edirik.Həmçinin bəzi vacib məsələlərin analizi, planlaşdırılması süni intellktlə tez bir zamanda həll olunur. Tələbələr və şagirdlər dərsləri mənimsəməkdə , biliklərini artırmaqda bu yenilikdən sevə-sevə istifadə edirlər.Bütün bunlara təbii ki, informasiya bazası dəstək olur.

Süni intellekt bir çox sahəni asanlaşdırmaqla yanaşı, həmin sahələrin effektliyini də artırıb. Bir çox sahənin işinin gedişatını, effektliyinin müqədaratını artıq sünii ntellekt təyin və təmin edir.

Bu səbəbdən qeyd etmişdim ki, informasiya və süni intellekt bir vəhdət təşkil edir. Tam bir sistem əmələ gətirir. Təbii ki, bu sahələr müəyyən nöqtə də bir- birindən ayrılsa da, ümumilikdə biri digərinin bir parçasıdır.

İnformasiya və zəka fəlsəfəsi yeni araşdırmalar üçün situmul verir. Buna qida sahəsindən tutmuş, tibb sahəsi, təmizlik, elmi sahələr, tikinti sektoru və daha nələr,nələr aiddir. Çünki hər bir sahənin mütəxəssisləri və alimləri öz işlərində effektliyi və sürəti sevirlər. Vaxta qənaət, kəmiyyət və keyfiyyət təminatı hər bir sahə üçün çox önəmlidi. Hər bir sahədə informasiyanın tam və dəqiq alınması, sürətli analizi, kordinasiyalı şəkildə işin qurulması çox önəmlidi. Bu önəm sahələrin ticariliyini artırmağa yönəlir. Kapitalizm bunu tələb edir. Biznes və ticarət artıq sıx bir şəkildə,nəzəriyyə və tətbiqi ,yəni praktikanı eyni anda ,yəni sürətli şəkildə ifadə etməyi artıq bir prioritet kimi qəbul edib. Hər kəs ən yaxşıya qaçır. Hər kəs mükəmməlik axtarır. Bu da yalnız elmə söykənərək və biliklərdən doğru istifadə edərək mümkündür. Bilik artıq informasiya deməkdir. İnfirmasiya artıq bütün savaşların əsas silahıdır. İstər biznes savaşı, istər elmi, istər hərbi.

Hər bir sahə ,təkrar qeyd edirəm effektliyi sevir.

Olsun elə, reklam sahəsi. Video roliklərin və foto şəkillərin istənilən formata salınması, bu sahənin effektliyinə və inkişafına böyük dəstək oldu. Sahibkarlar bundan çox müsbət şəkildə yararlanırlar. Öz məhsullarını və ya xidmətlərini çox rahat şəkildə istədikləri kimi cəmiyyətə təqdim edirlər. Həmçinin biznes planlarının qurulması ilə bağlı analizlərin edilməsi yönündə süni intellekt əvəz olunmazdır. Həmçinin qeyd etdiyimiz kimi ,nəqliyyat, hərbi sahələr də süni intellektdən faydalı şəkildə yararlanır.

Artıq iş yerlərində insan əməyini robotlar əvəz etməyə başlayıb, və bu da yeni ixtisasların yaranması deməkdir. Yeni dövr bunu tələb edir.

Artıq məktəblərdə və universitetlərdə bu sahələr geniş təbliğ olunur. Yeni-yeni ixtisaslar ortaya çıxır. Əl əməyi yerini əqli əməyə çoxdan təhvil verib. Süni intellekti bunun bariz nümunəsi kimi göstərmək olar. Ümid edirik ki, bütun bu yeniliklər, inforsiya texnologiyaları, süni intellekt, və gələcəkdə inkişaf edib mobilləşən bütün sahələr insanlıq üçün yaxşı mənada xidmət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*