“Yenidən birləşək, ya biz olacağıq, ya da ümumiyyətlə, yox olacağıq” – Toxatyanbackend

"Yenidən birləşək, ya biz olacağıq, ya da ümumiyyətlə, yox olacağıq" - Toxatyan

“Yenidən birləşməyin vaxtı gəldi, ya biz olacağıq, ya da heç kim olmayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xalq artisti Qrant Toxatyan deyib.

“1988-ci ildə Qarabağdan birliyə çağırış gəldi. O vaxt heç kim demədi ki, mən siyasətlə maraqlanmıram, öz işimlə məşğulam.

Hamımız birlikdə nəsə istəyirdik və bu da işə yaradı, müstəqil ölkəmiz oldu. Amma qarşımıza ağ kağız qoydular, bizə qələm verdilər, dedilər ki, öz ölkənin tərcümeyi-halını yaz. Və başladıq cızma-qara etməyə, yazmadıq, ona görə bu günə gəldik.

Bu gün fərqli düşüncə tərzini bir kənara qoyub yenidən birləşmək vaxtıdır. Başqa söhbət yoxdur, ya biz olacağıq, ya da ümumiyyətlə, yox olacağıq”, – Toxatyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*