YENİLİK: “WhatsApp” mesajlarını yalnız bir dəfə oxuya biləcəksinizbackend

YENİLİK: “WhatsApp” mesajlarını yalnız bir dəfə oxuya biləcəksiniz

WhatsApp” istifadəçiləri artıq oxunduqdan sonra yoxa çıxan mesajları göndərə biləcək.

KONKRET.az “WabetaInfo” portalına istinadən xəbər verir ki, yeni funksiyanın köməyi ilə göndərilmiş mesaja baxıldıqdan sonra avtomatik silinəcək.

Göndərilən mətnləri ikinci dəfə oxumaq, həmçinin onu köçürmək və ya yönləndirmək mümkün olmayacaq.

Bu funksiyadan istifadə etmək isə çox asandır. Belə ki, söhbət panelinin yanında birdəfəlik mesajların göndərilməsi üçün xüsusi düymə əlavə ediləcək. Əvvəllər buna oxşar bölmə birdəfəlik göndərilən şəkillər üçün tətbiq edilmişdi.

Qeyd edək ki, buna oxşar funksiya “Instagram” və “Facebook” sosial platformalarında bir müddətdir ki, var.

Mütəxəssislərin sözlərinə görə, bu addım istifadəçilərin gizlilik və məxfilik şərtlərinin yaxşılaşdırılmasına yönəlib.

Yeni funksiyanın istifadəyə veriləcəyi dəqiq vaxt hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*