Yerin atmosferində yeni ozon dəliyi tapıldı – FOTObackend

Yerin atmosferində yeni ozon dəliyi tapıldı - FOTO

Kanadanın Vaterloo Universitetinin professoru Qing-Bin Lu yeni ozon dəliyi kəşf edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qing-Bin Lu “AIP Advances” elmi jurnalında araşdırma dərc edib.

O bildirib ki, ozon təbəqəsindəki bu dəlik dünyanın 50 faizinə təsir edəcək, ətraf mühitə və insan sağlamlığına böyük zərər verəcək.

Ehtimala görə, yeni dəlik 1980-ci illərdən bəri tropik bölgələrin üzərində əmələ gəlsə də, yalnız indi tapılıb.

Qeyd edək ki, ozon təbəqəsinin zədələnməsi yer səthində ultrabənövşəyi radiasiyanın artmasına səbəb ola bilər. Bu da insanlarda dəri xərçəngi riskinin artmasına, immun sisteminə, kənd təsərrüfatında məhsuldarlığın azalmasına və ekosistemə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, 1987-ci il sentyabrın 16-da 196 ölkə ozon təbəqəsinin məhvinə səbəb olan maddələrin istehsalını mərhələli şəkildə dayandıraraq Monreal protokolunu imzalayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*