Yerusəlimdə israillini bıçaqlayan fələstinli güllələndibackend

Yerusəlimdə israillini bıçaqlayan fələstinli güllələndi

Yerusəlimdə (Qüds) fələstinli israilliyə hücum edərək onu bıçaqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bıçaqlanan şəxsin İsrail dini icmasının 20 yaşlı üzvü olduğu bildirilir.

Polis cavab atəşi ilə fələstinlini zərərsizləşdirib.

“Kan” radiosunun məlumatına görə, hücum edən 25 yaşlı fələstinli aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

İsrail mediası fələstinlinin İordan çayının qərb sahilindəki Salfit kənd sakini olduğunu yazır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*