Yevlax rayonunun Aran qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, “VAZ-21015” markalı minik avtomobili ilə digər avtomobil toqquşub.
Nəticədə “VAZ-21015″in sürücüsü ağır xəsarət alıb və xəstəxanaya aparılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
