Yevlaxda inzibati bina yandıbackend

Yevlaxda inzibati bina yandı

Yevlaxda inzibati binada yanğın hadisəsi baş verib.

KONKRET.az-a bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*