Yevlaxda qəza: Yaralananlar varbackend

Yevlaxda qəza: Yaralananlar var

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Aran qəsəbəsi yaxınlığında baş verib.

Belə ki, kiçik tutumlu yük maşınının “Hunday” markalı minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Hunday”da olan 1957-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Bənnayeva Rəfayət Mikayıl qızı və yük maşınında olan 1991-ci il təvəllüdlü Ağsu rayon sakini Hüseynov Ramal Tərlan oğlu yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*