Yevlaxda yol qəzası baş verib, çörək daşıyan maşın aşıb.
KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Malbinəsi və Qoyunbinəsi kəndləri arasında baş verib.
Belə ki, “Ford” markalı maşınların toqquşması nəticəsində onlardan biri, çörək daşıyan maşın yol kənarına aşıb. Qəza nəticəsində yaralanan 1991-ci il təvəllüdlü sürücü Turan Məhərrəmov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov,
KONKRET.az
