backend

Yol Polisində yeni təyinatlar gözlənilir: Kim hara gedəcək?

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

KONKRET.AZ bildirir ki, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan Fuad Mayılovun gedəcəyi gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Sumqayıta təyinat almazdan əvvəl uzun illər “Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, daxili işlər naziri Bakı Dövlət Yol Polisi idarəsinin rəhbər və zabit heyətini sərəncama göndərib.

Qaynarinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*