Yüksək pensiya almağın əsas şərtləri açıqlandı – Ekspertdən vacib açıqlamabackend

Yüksək pensiya almağın əsas şərtləri açıqlandı – Ekspertdən vacib açıqlama

Pension məbləği Azərbaycanda bütün vətəndaşlar üçün eyni olmur. Onun həcmi bir sıra əsas amillərdən asılıdır. Daha yüksək pensiya almaq üçün ilk növbədə uzunmüddətli rəsmi əmək fəaliyyəti və yüksək rəsmi əməkhaqqı mühüm rol oynayır. Çünki işəgötürən tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları vətəndaşın fərdi hesabında toplanaraq gələcək pensiyasının məbləğinin formalaşmasına birbaşa təsir göstərir.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”

Onun sözlərinə görə, pensiyanın məbləğini müəyyən edən əsas göstəricilərdən biri fərdi hesabda toplanmış pensiya kapitalıdır.

“Rəsmi əmək müqaviləsi ilə çalışan, əməkhaqqısı tam şəkildə rəsmiləşdirilən və sosial sığorta ödənişləri yüksək olan şəxslərin pensiya kapitalı daha çox formalaşır. Bu da gələcəkdə daha yüksək pensiya almaq imkanı yaradır.

 İş stajı da mühüm amillərdəndir. Uzun illər fasiləsiz çalışan, əmək münasibətlərini rəsmi qaydada rəsmiləşdirən şəxslər həm pensiya hüququnun formalaşması, həm də pensiyanın məbləği baxımından daha əlverişli mövqedə olurlar”.

A.Nəsirli bildirib ki, bəzi peşə və fəaliyyət sahələri üzrə qanunvericilikdə nəzərdə tutulan xüsusi şərtlər də pensiya hüququna təsir göstərə bilər.

Onun sözlərinə görə, dövlət tərəfindən müəyyən dövrlərdə aparılan indeksləşdirmə nəticəsində pensiyalar artırılır ki, bu da pensiyaçıların gəlirlərinin inflyasiyanın təsirindən qorunmasına xidmət edir.

Ekspert vurğulayıb ki, yüksək pensiya almağın əsas şərtləri uzunmüddətli rəsmi məşğulluq, yüksək rəsmi əməkhaqqı, sosial sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsi, kifayət qədər pensiya kapitalının formalaşdırılması və qanunvericilikdə nəzərdə tutulan tələblərin yerinə yetirilməsidir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*