Yunan polisi miqrantlara qarşı bundan da istifadə etdibackend

Yunan polisi miqrantlara qarşı bundan da istifadə etdi

Yunanıstan polisi ölkə sərhədini qeyri-qanuni keçmək istəyən miqrantları uzaqlaşdırmaq üçün mavi rəngli boyadan istifadə edir.

KONKRET.az xəbər verir ki, artıq dördüncü gündür ki, Evros bölgəsində vəziyyət gərgindir. Miqrantlar sərhədi keçməyə can atır, yunan mühafizə orqanları isə onlardan kimyəvi vasitələrlə qorunurlar. Mavi rəngli boya sərhədi qeyri-qanuni keçmək istəyən miqrantların tezliklə müəyyənləşdirilməsi məqsədilə onların üzərinə səpilir.

Türkiyənin qaçqınların Avropaya keçmələrinə mane olmayacağını elan edəndən sonra minlərlə miqrant Yunanıstan ilə sərhədə üz tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*