Yunanıstanda qatar qəzası etirazlara SƏBƏB OLDUbackend

Yunanıstanda qatar qəzası etirazlara SƏBƏB OLDU

Yunanıstan Dəmiryol Birliyi Larisa şəhəri yaxınlığında azı 40 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən sərnişin qatarının qəzaya uğramasından sonra 24 saatlıq tətil elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın “EPT1” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində maşinistlər və işçilərin bəziləri həlak olub.

Dəmir Yolu İşçiləri Federasiyanın yaydığı bəyanatda bildirilib ki, hökumətin dəmir yolu təşkilatlarının tələblərinə məhəl qoymaması Larisa yaxınlığında faciəvi qəzaya gətirib çıxardı.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*