Yunanlar S-300-ləri sınaqdan keçirdibackend

Yunanlar S-300-ləri sınaqdan keçirdi

Yunanıstan Silahlı Qüvvələri Krit adasında S-300 zenit raket kompleks sistemlərini sınaqdan keçirib.

KONKRET.az  xəbər verir ki, sınaq prosesi 23-27 noyabrda keçirilən təlimlər zamanı baş tutub.

Təlimlərə Yunanıstanla birgə Almaniya, Hollandiya və ABŞ hərbçiləri də qatılıb.

Eyni zamanda, təlimlərdə TOR-M1 və OSA-AK özüyeriyən zenit raket kompleks sistemlərindən də istifadə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*