Yuriy Xaçaturov: “Qarabağdakı erməni zabitlər arasında çaxnaşma yaranıb”backend

Yuriy Xaçaturov: “Qarabağdakı erməni zabitlər arasında çaxnaşma yaranıb”

Aprel döyüşləri üzrə Komissiyada əsgər və zabitlərin dindirilməsi cəbhədə xidmət edən zabitlər arasında çaxnaşma yaradıb.

KONKRET.AZ erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın tanınmış hərbiçisi, general-polkovnik, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi (2008–2016), 2017-2018-ci illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi olmuş Yuriy Xaçaturov deyib.

O, sözlərində “bu əsgər və zabitlərin hər birinə Nikol Paşinyan şübhə edirsə, onda sərhədi niyə bizə etibar edir? Bu yanaşmanı təhqiramiz hesab edirik”, – deyə bildirib.

Daha sonra Xaçaturov “heç bir vəkil tutulmayacaq. Qoy Nikol öz adamlarını xidmət etmək üçün buraya göndərsin. Ola bilər Xaçaturov əmri gec verib, Seyran Ohanyan nə isə səhv edib. Amma bütün bunlar o demək deyil ki, bizi kimsə sorğulamalıdır”, – deyə sözlərinə əlavə edib.

“Sərhəddə dayanan zabitin buna münasibətini öyrənmək lazımdır”, – deyən erməni general: “Bu komissiyada orduda xidmət etməyən, hərbi xidmət keçməyən, hərbi əməliyyatlardan xəbərsiz olan, məsələlərin primitivliyindən danışanlar çoxdur. Ona görə də biz Aprel döyüşləri üzrə Komissiyaya qarşı vəsatətlə çıxış edəcəyik”, – fikirlərini xüsusi vurğulayıb.

F.PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*