Politoloq Aleksey Samoylov Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının əsl məqsədlərini açıqlayıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Aleksey Samoylov Donetsk və Luqansk hərbçilərinin Ukraynada rusları və bu millətə sadiq olan yerli sakinləri xilas etmək niyyətində olduğunu deyib:
“Rusiya Ukraynaya ukraynalıları azad etmək üçün gəlməyib. Biz özümüzə məxsus olanı – bu ölkənin rus və rusiyapərəst sakinlərini qorumağa və onlar üçün təhlükə yaradan hər şeyi məhv etməyə gəlmişik. Həm də zaman keçdikcə bu təhlükə Rusiyanı parçalayacaqdı” – deyə Samoylov vurğulayıb.
Politoloq həmçinin əlavə edib ki, Rusiya Ukraynada öz varlığı və təhlükəsizliyi üçün mübarizə aparır: “Nasizmin və millətçi ideyaların məhvi o halda mümkündür ki, onların daşıyıcıları aradan qaldırılsın” – deyə Samoylov fikirlərini yekunlaşdırıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
