Zaxar Prilepin: “Sürün səni, Rusiya! Torpağımı xilas etmədin…”backend

Zaxar Prilepin: "Sürün səni, Rusiya! Torpağımı xilas etmədin..."

Qonşularımız Rusiyaya olan sevgilərini heç təsvir etmək istəmirlər. Ancaq özləri ondan hər şey tələb edirlər. Və biz də onları bağışlayırıq, sevirik, veririk və veririk…

Rusiya Belarusa ÜDM-in yüzdə 10-nu verir. Yüzdə 90-nını da verməyə hazırdır. Ermənistana sümüklərini səpməyə, bütün Ukraynanı isə qucaqlamağa hazırdır. Digər ruslar kimi mən də hər hansı bir Qafqaz sarayında oxumağa və rəqs etməyə hazıram. Təki yuxarıdan bir pəncərə açılsın, əllərini və ya bir dəsmalı yavaşca bizə tərəf yelləsinlər… Bəli, heç olmasa bircə dəfə…

Rusiya Ermənistana deyir: gəlin sizin üçün müharibəni dayandıraq.

Rusiya Ukraynaya deyir: gəlin sizə 3 milyard dollar verim, hətta qaytarmasanız da.

Rusiya deyir: qoy məni Jurmalada yaşayım, Vilnüsdə gəzim, üç aylıq maaşımı xərcləyim, dərdinizə əlac olum, şərabınızdan zövq alım, bütün mineral suyunuzu içim, bütün meyvələrinizi üç qat bahasına alım. Təki icazə verin…

Görün biz sizi necə sevirik? Həmzətov, Salahov, İskəndər, Mkrtçyan, Muradeli, Kikabidze, Aytmatov, Qvartseteli, Doluxanyan, Babayev və Xaçaturyanı götürürük, onları “Qırmızı guşə”yə salırıq. Və deyirik: sən mənim ən sevdiyim və əzizimsən, sən mənim sevgilimsən, sənə pərəstiş edirəm.

Bəs sənin üz tutduğun Londonun, Berlinin, Parisin sənə nə verir?

Səni “Hollivuda” dəvət etməyəcəklər, səni heç vaxt özlərinə bərabər qəbul etməyəcəklər. Özünüzü Şarlz Aznavur kimi göstərməyin. Onlar Aznavuru bir Fransız müğənnisi kimi sevirlər. Bizsə ermənini, latışı, türkməni – analarının dünyaya gətirdiyi kimi, yəni olduğu kimi və özümüzə bərabər kimi sevirik.

Çıx Avropa müsabiqəsində bir mahnı oxu ingiliscə, de ki, ruslar səni əzir. Al mükafatını. Onlar səni alqışlasın, sən də özünü unudub onların qəhqəhələri altında soyun, zorlan. Təki səni avropalı saysınlar. Amma saymayacaqlar.

Yalnız burada Rusiyada Estoniyaya, Gürcüstana dünyanın mədəniyyət mərkəzi kimi baxırlar.Yalnız burada Daşkəndə- çörək şəhərinə mahnı qoşub oxuyurlar. Yalnız burada Riqa və Bakı sol və sağ çiyinlərdə gözəl bir şəkildə naxışlanır. Arxasında da Qazaxıstan xəritəsi.

Ancaq bu Rusiya, sizdən çox şey yox, azacıq diqqət istəyir. Dapkunaiteyi sevdiyimiz və Maqomayevi dinlədiyimiz kimi, sizdə bizi sevin və dinləyin.

Yenə də Ermənistandan eşidirik – Gah deyirlər niyə Dağlıq Qarabağı işğal etdiniz? Gah da əksin söyləyirlər – niyə Dağlıq Qarabağı işğal etməmisiniz?

Və deyirsiniz: Niyə gözünlə baxırsan Rusiya, niyə ayaqla gəzirsən Rusiya. Ümumiyyətlə, yox ol Rusiya, lənətə gələsən görüm…

Bəs hara itdin Rusiya? Ən çətin anda harada itdin? Niyə mahnımı oxumursan, yeməyimdən dadmırsan, torpağımı xilas etməmisən, övladlarımı öyrətmirsən, mənim üçün bir zavod, boru və kosmik liman tikdirmisən?

Sürün, Rusiya. Sənə nifrət edirəm. Səndən Hind okeanının mavi sahilinə qədər qaçacam…

…Xeyr. Heç bir yerə getməyəcəksiniz əzizlərim. Həmişə birlikdə yaşayacağıq. Bax, ürəyimdəki isti yuva boşdur. Evinizə qayıdın, özünüzə qayıdın…

Zaxar Prilepin “Komsomolskaya pravda” 19 noyabr 2020.

Tərcümə etdi:

Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*