Zaxarova: “Beynəlxalq ictimaiyyət bu gün münaqişə ilə bağlı nadir fikir birliyi nümayiş etdirir”backend

Zaxarova: "Beynəlxalq ictimaiyyət bu gün münaqişə ilə bağlı nadir fikir birliyi nümayiş etdirir"

Beynəlxalq ictimaiyyət bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində nadir fikir birliyi nümayiş etdirir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, dünya ictimaiyyəti nadir hallarda ümumi fikrə gəlsə də, bu dəfə beynəlxalq təşkilatların rəhbərlərinin, dövlət başçılarının, siyasətçilərin, ictimai xadimlərin bəyanatları yaxşı mənada eyni səslənir.

M.Zaxarova qeyd edib ki, beynəlxalq ictimaiyyət tərəfləri atəşi dərhal dayandırmağa, siyasi-diplomatik səylərin bərpasına və problemin həll olunması üçün danışıqlar masasına oturmağa çağırır:

“Siyasi-diplomatik, sülh yolu ilə həldən başqa variant yoxdur. Bu, illər ərzində hazırlanmış sənədlər bazası ilə təsdiqlənir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*