Zaxarova: “Ermənistan üçün qərarlar xalqın rəyi nəzərə alınmadan qəbul edildi”backend

Zaxarova: “Ermənistan üçün qərarlar xalqın rəyi nəzərə alınmadan qəbul edildi”

Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ictimai rəyə söykənmədən, plebisitin nəticələrinə əsaslanmadan ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Üstəlik, seçkiyə gedərkən dediklərinin hamısına zidd qərarlar verirlər.Biz heç kimə heç nə qoymuruq, məsləhət vermirik, demirik ki, bu, edilməli idi, edilməməli idi. Bu, sadəcə olaraq, faktın ifadəsidir.Ermənistan üçün taleyüklü məsələ ilə bağlı qərarlar erməni xalqının rəyi nəzərə alınmadan qəbul edilib. Brüssel və Parisin himayəsi altında xaricdə hardasa qərar qəbul etdilər. İrəvan Qərbin himayəsi ilə danışıqlara məhz bu mövqedən başlayıb.

Ariz Həsənoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*