Zaxarovadan rus telekanallarının bloklanması ilə bağlı çağırışlara MÜNASİBƏTbackend

Zaxarovadan rus telekanallarının bloklanması ilə bağlı çağırışlara MÜNASİBƏT

“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz kömək etmişik, edirik və bundan sonra da edəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Erməni deputatın Rusiya telekanallarının Ermənistanda yayımının dayandırılmasının zəruriliyi ilə bağlı bəyanatını şərh edən Zaxarova deyib:

“Rusiya Ermənistanda dostlarını itirməyib. Başqa bir şey odur ki, biz çoxlu sayda təxribat görürük, Ermənistanda 2000 amerikalı diplomatın nə etdiyini görürük. Təəccüblüdür ki, İrəvandakı hakimiyyət bunu hiss etmir. 2000 amerikalı diplomatın Ermənistanda olması nədənsə Ermənistan rəsmiləri arasında heç bir sual doğurmur. Bunun fonunda hakim fraksiyadan hansısa deputat çıxıb bəyan edir ki, rus mediasının bloklanmasına ehtiyac var. Məlum olur ki, rusiyalı jurnalistlər artıq Ermənistana buraxılmır, onlar “stop list”lərə daxil ediliblər və s.

“Rusiya telekanallarının Ermənistanda mümkün bloklanması Ermənistanın hazırkı hakimiyyətinin əsas prinsipinə və şüarına zidd olacaq. Bu cür bəyanatlar demokratik prinsiplərdən uzaqlaşmadan xəbər verir”. 

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*