Zədəli pullarınızı heç bir mağaza götürmür? “Nə etməli” sualına bank mütəxəssisindən CAVABbackend

Zədəli pullarınızı heç bir mağaza götürmür? "Nə etməli" sualına bank mütəxəssisindən CAVAB

Yəqin ki, çoxlarınız pulunuzun cırılması və ya zədələnməsi halları ilə rastlaşmısınız. Bəzən isə mağazadan alış-veriş edərkən qaytarılan qalıq əskinasın zədəli olduğunu gördükdə “götürək, yoxsa yox” deyə düşünmüsünüz. Bütün bu düşüncələr isə öz hüquqlarımızı və bu cür vəziyyətlərdə necə davranacağımızı bilməməyimizdən yaranır. Elə KONKRET.az-ın redaksiyasına da bu haqda vətəndaş müraciətləri və sualları daxil olur. Xüsusən də insanlar qismən zədəli olan pulların mağaza və ya digər ictimai-iaşə obyektləri tərəfindən qəbul edilmədiyini əsas gətirərək, bunun nə dərəcədə doğru olub-olmadığı ilə maraqlanırlar. Odur ki, mövzunun aktuallığını nəzərə alaraq suallarımızı mütəxəssisə ünvanladıq.

Mövzunu KONKRET.az-a şərh edən bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, hər bir şəxsin tam olmayan və zədələnən pul nişanını qəbul etməmək haqqı var: “Nəinki mağaza, eyni zamanda vətəndaş da zədələnən pul əskinasını qəbul etməyə bilər. Bu norma qanunla təsbit olunub. Belə olan halda hər bir şəxs həmin pul nişanını istənilən banka apara və əskinasın dəyişdirilməsini xahiş edə bilər.  Amma hər bir kommersiya bankının da belə bir vəzifəsi və öhdəliyi yoxdur. Yəni banklar da zədələnən pulu dəyişməyə bilər. Bu halda isə vətəndaş Mərkəzi Banka müraciət etməlidir”.

Oxu.az - Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır

Bəs Mərkəzi Bank zədələnən və tam olmayan pulu hansı hallarda dəyişməlidir?

Əkrəm Həsənovun sözlərinə görə, əgər pul nişanının vahid hissəsi 60 faizdən az deyilsə, yaxud hissə-hissə cırılıbsa belə onları birləşdirərkən əskinas 100 faiz təşkil edirsə, bu zaman Mərkəzi Bank həmin pulu dəyişə bilər: “Yəni əskinasın bir hissəsi cırılsa da, əldə qalan hissə 60 faiz təşkil etməlidir.  Digər tərəfdən hissə-hissə cırılan pulun qalıqlarını yapışdırarkən, əskinas 100 faiz olmalıdır ki, Mərkəzi Bank onu əvəzləyə bilsin. Amma burada söhbət yalnız milli valyutadan gedir. Ona görə də müştərilər alış-veriş və pul mübadilələrində maksimum diqqətli olmalı, zədəli əskinasları qəbul etməməlidirlər”.

 

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*