Zelenski dünyanı sərt tədbirlərə çağırdı: “Rusiya ağılını itirib…”backend

Zelenski dünyanı sərt tədbirlərə çağırdı: "Rusiya ağılını itirib..."

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin dinc sakinlərə qarşı törətdiyi qəddarlıqları kəskin şəkildə pisləyib və beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün rəsmi “Telegram” kanalında paylaşım edib. O, rus qoşunlarının Xersonda dinc sakinləri hədəf alan qeyri-insani əməllərindən danışıb: “Bugün bir çoxlarını Xersonda rus dronlarının insanlara qarşı təşkil etdiyi növbəti “səhra ovu” videosu şoka saldı. Rusiya dronu Xersonda tərəvəz satan kişinin arxasınca məqsədli şəkildə düşüb, onun yaxınlığında partlayış töradıb və ruslar özləri bu cinayəti töratdiklərini etiraf edərək, insanlara necə əzab verdikləri ilə təkcə təəssüflənmədiklərini, həm də qürur duyduqlarını nümayiş etdiriblər. Partlayış nəticəsində həmin şəxs yaralanıb. Hər gün ruslar Xersonda adi insanlara qarşı belə “ovlar” təşkil edirlər”.

Zelenski qeyd edib ki, dünya bu dəhşətli mənzərəni açıq şəkildə görməlidir: “Dünya bunu görməlidir. Rusiyanın ağıllını itirdiyini, Rusiya hərbçilərinin qətllərdən və insanlara qarşı məsxərəyə qoymaqdan həzz aldığını sübut edən hər bir faktı hər kəs bilməlidir”.

Ukrayna Prezidenti həmçinin xəbərdarlıq edib ki, Rusiyanın bu cür terror üsulları təkcə Ukrayna ilə məhdudlaşmamalıdır: “Rusiyanın insanlara qarşı apardığı bu “səhra ovu” Ukraynada dayanmalıdır və əminəm ki, digər ölkələrə də yayılmamalıdır. Finlandiya və Qazaxıstan, Baltikyanı ölkələr və Polşa, Cənubi Qafqaz ölkələri, Rumıniya və Moldova – real təhlükəsizlik zəmanətlərinin olması və Rusiyanın bu müharibəsinin başa çatması üçün hər kəs birgə əməkdaşlıq etməlidir”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*