Zelenski müharibəni dayandırmaq üçün istefa verməyə HAZIR İDİ – “Vaşinqton Post”backend

Zelenski müharibəni dayandırmaq üçün istefa verməyə HAZIR İDİ - “Vaşinqton Post

Zelenski müharibəni dayandırmaq üçün istefa verməyə hazır olub.

KONKRET.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, bunu Zelenskinin özü, Ukrayna və Qərb rəsmiləri təsdiq edib.

Nəşr yazır ki, Zelenski “xüsusi əməliyyat”ın əvvəlində Rusiya hərbi əməliyyatları dayandıracağı təqdirdə istefa verməyə və ya Kiyevi tərk etməyə qarşı deyildi.

“Mən hakimiyyəti saxlamağa çalışmıram. Əgər söhbət mənim getməyimlə bağlıdırsa və bu, qan tökülməsini dayandıracaqsa, deməli mən hər şeyin tərəfdarıyam. Mən indi gedəcəm. Mən siyasətə bunun üçün gəlməmişəm. Əgər siz desəniz, bu, müharibəni dayandıracaqsa, gedəcəm”, – deyə Ukrayna Prezidenti Qərb rəsmilərinə bildirib.

Amerika və Avropa rəsmiləri öz növbəsində Zelenskini hakimiyyətdə qalmağa, bəziləri isə prezidenti paytaxtı tərk etməyə çağırıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*