Zelenski Putinə: “Biz bunu edə bilmərik, vəssalam“backend

Zelenski Putinə: “Biz bunu edə bilmərik, vəssalam“

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidentinin tələblərə cavab verib.

 

KONKRET.az xəbər verir ki, o, tələblərin ölkəsi üçün qəbuledilməz olduğunu bildirib.

O vurğulayıb ki, səsləndirilən tələblər yalnlz Ukraynanın məhv edildiyi halda qəbul edilə bilər.

“Bizə ultimatum verirlər, deyirlər ki, bu maddələri yerinə yetirsəniz, müharibəni dayandırarıq. Bu, doğru deyil və hər hansı nəticəyə gətirib çıxarmayacaq. Məsələ məndə deyil, məsələ ondadır ki, hakimiyyət və xalq birləşib. Biz bunu edə bilmərik. Ukrayna ultimatumu yerinə yetirə bilməz, vəssalam. Fiziki olaraq mümkün deyil. Hamımızı məhv etsələr, o zaman ultimatum avtomatik olaraq yerinə yetiriləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, Putin Ukraynada müharibənin başa çatması üçün 6 tələb irəli sürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*