Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirdibackend

Zelenski Putinlə danışıq ehtimalını qiymətləndirdi

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlamağı planlaşdırmadığını vurğulayıb.

Bu barədə KONKRET.az Ukrayna dövlət başçısının CNN telekanalına müsahibəsindəki açıqlamasına istinadən xəbər verir.

“Bu gün, yox. Mən onların (Rusiya – red.) tərəfində konstruktivlik istəyini görmürəm. Onların ultimatumlarına gəlincə, bunları kimin irəli sürməsi məni maraqlandırmır – o (Putin – red.) və ya başqa kimsə. Bu mənim prinsipimdir – ultimatum səsləndirənlərlə danışmayacam”, – Ukrayna Prezidenti Putinlə danışıqlarla bağlı sualı cavablandırıb.

O, həmçinin vurğulayıb ki, Ukrayna ilə Rusiya arasında istənilən razılaşma yalnız qarşı tərəfin qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması halında bağlana bilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*