Biz artıq üç əsas ölkə ilə – Səudiyyə Ərəbistanı, Əmirliklər və Qətərlə 10 illik hərbi müqavilələr barədə razılığa gəlmişik. Yaxın Şərq və Körfəzdəki 11 ölkədən sorğular almışıq və tədricən Qafqazı da nəzərdən keçiririk.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
“Drone Deal” (“Dron sazişi” – red.) çərçivəsində Ukrayna silahlarının ixracı ilə bağlı ən azı 10 fərqli müqavilə imzalanıb. İstehsal həm Ukraynada, həm də digər ölkələrdə nəzərdə tutulub.
Bundan əlavə, artıq Almaniya, İtaliya, Norveç, İsveç və Hollandiya ilə işləməyə başlamışıq. Əlbəttə ki, Böyük Britaniya və Fransa ilə yaxşı münasibətlərimiz var”, – deyə o qeyd edib.
