Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın gecə saatlarında həyata keçirdiyi kütləvi hücumun əsas hədəfi Kiyev şəhəri olub.
Onun sözlərinə görə, Ukrayna ərazisinə müxtəlif tipli təxminən 70 raket, o cümlədən ballistik raketlər, eləcə də 500-ə yaxın zərbə PUA-sı buraxılıb.
KONKRET.az xəbər verir ki, hava hədəflərinin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Paytaxt Kiyevdə 20-dən çox obyektə ziyan dəyib. Zərər görən obyektlər arasında yaşayış binaları, təcili yardım stansiyası, elmi-tədqiqat institutu, hotel və müəssisə də var.
Son məlumata əsasən, hücum nəticəsində 13 nəfər həyatını itirib, 90-dan çox insan yaralanıb. Xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirirlər.
Müşviq Tofiqoğlu
KONKRET.az
