Zelenski Türkiyə səfirliyində oldu – Başsağlığı verdibackend

Zelenski Türkiyə səfirliyində oldu - Başsağlığı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak zəlzələ ilə əlaqədar başsağlı vermək üçün Türkiyə səfirliyində olublar.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi məlumat yayıb.

Dövlət başçısı səfirliyin önünə gül qoyub və matəm kitabına yazı yazıb.

“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda verdi. Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – ölkə lideri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*