Zelenski Ukrayna barədə yayılan dezinformasiyalardan şikayətləndibackend

Zelenski Ukrayna barədə yayılan dezinformasiyalardan şikayətləndi

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna hökuməti müharibədən qazanc əldə etmək cəhdinin qəti əleyhinədir. Onun sözlərinə görə, ölkə Qərbdən aldığı yardımlardan nəinki pul qazanmır, hətta bu cür işə cəhd edənləri də fəal şəkildə cəzalandırır.

KONKRET.az xəbər verir ki, Zelenski bunu amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib. O, Ukraynaya beynəlxalq yardımın böyük hissəsinin pul şəklində deyil, silah şəklində verildiyini vurğulayıb. Zelenski Ukrayna hakimiyyətinin yardımdan sui-istifadə etmək cəhdinə sərt reaksiya verəcəyinə inandırıb: “Müharibədən pul qazanmadıq. Əgər bunu etməyə çalışan birini tapsaq, əllərini kəsərik”. Zelenski həmçinin qeyd edib ki, dezinformasiyanın yayılması Ukraynaya inamı sarsıdan və beynəlxalq tərəfdaşlardan dəstək almağı çətinləşdirən əsas  problemdir: “Biri deyəndə ki, Ukrayna  silah satır, Rusiya dərhal bu mesajı yayır. Biz həmişə cavab veririk ki, bizim hərbçilər o insanları məhkəməsiz  cəzalandıracaq, çünki biz cəbhədə silah gücünə dayanırıq. Bizdə silah azdır. Belə məlumatların ortaya atılması  etibar və inamı  itirir, ona görə də,biz real hadisələrdən  daha çox dezinformasiyaya qarşı mübarizə aparırıq”, deyə Zelenski bildirib.

Vəli Həsənoğıu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*