Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 31-də Kiyevdə səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb.
KONKRET.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, görüşün yekunlarına dair onlar birgə mətbuat konfransı keçiriblər.
Zelenski bildirib ki, Ukrayna ABŞ-la təhlükəsizlik sahəsində tərəfdaşlığın yeni formalarını inkişaf etdirməyə hazırdır.
O qeyd edib ki, ABŞ Ukraynanın suverenliyinin qorunmasında əsas müttəfiq olub və gələcəkdə də olacaq.
Zelensk həmçinin hesab edir ki, ABŞ Donbasdakı vəziyyətin tənzimlənməsinə daha fəal cəlb olunmalıdır.
Prezident ABŞ-ı Ukraynaya sərmayə qoymağa çağırıb.
Ticarət haqqında da söhbət gedib. O cümlədən, Zelenski Kiyevin ABŞ-ın ticarət məhdudiyyətlərini məhdudlaşdıracağına ümid etdiyini bildirib.
“Ümid edirik ki, ABŞ 25% həcmində polad idxalına qarşı müdafiə rüsumları kimi ticarət məhdudiyyətlərini aradan qaldıra bilər. Bu, metallurgiya ixracı üçün həssas məsələdir. Biz həmçinin Ukrayna üçün bu rüsumun ləğvinə ümid edirik”, – deyə o bəyan edib.
“Ukrayna Qara dəniz şelfinin sahələrinin işlənməsində amerika şirkətlərinin iştirakına ümid edir”, deyə Zelenski əlavə edib.
O vurğulayıb ki, Trampın impiçmenti ilə bağlı vəziyyət Ukrayna ilə ABŞ arasında münasibətləri pisləşdirməyib.
Prezidentin ofisi xəbər verir ki, görüşdə Zelenski ABŞ-a sərnişin təyyarəsinin İrandakı qəzasının araşdırılmasında Ukraynaya göstərdiyi köməyə görə təşəkkür edib.
Dövlət başçısı Ukraynanın ABŞ ilə müxtəlif istiqamətlərdə fəal əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Vladimir Zelenski və Mayk Pompeo Donbassdakı vəziyyəti və Ukraynanın infrastrukturunun necə inkişaf etdiriləcəyini müzakirə edib.
“Yollar üzrə böyük planlarımız var. Bizim ilk addımımız 25000 kilometr yoldur. Biz Amerika biznesmenlərini Ukrayna infrastrukturuna sərmayə qoymağa dəvət edirik”, – deyə prezident qeyd edib.
Həmçinin tərəflər Ukraynada islahatların gedişini və iki ölkənin ticarət münasibətlərini müzakirə ediblər.
ABŞ dövlət katibi Ukraynanın BVF ilə əməkdaşlığına dəstək olduğunu bildirib.
Pompeo Zelenski ilə görüşdən əvvəl XİN rəhbəri Vadim Pristayko ilə danışıqlar aparıb. Görüşdə təhlükəsizlik sahəsində ölkələrin əməkdaşlığı, həmçinin Kiyevin bir sıra sahələrdə ABŞ-ın strateji sərmayələrini cəlb etmək cəhdləri müzakirə olunub.
KONKRET.AZ
