Zelenski XƏBƏRDARLIQ ETDİ: “Kiyevdəki Prezident Aparatını vursanız, Qərb də Kremli vuracaq” – VİDEObackend

Zelenski XƏBƏRDARLIQ ETDİ: "Kiyevdəki Prezident Aparatını vursanız, Qərb də Kremli vuracaq" - VİDEO

Zelenski Putinə “qərar vermə mərkəzinə” zərbə endirilməsinin nəticələri barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı Kanadanın CTV və CBC kanallarına müsahibəsində danışıb.

Prezident Volodimir Zelenski izah edib ki, Rusiya Bankovaya zərbə endirmək qərarına gələrsə, bunun nəticələrini başa düşməlidir.

Zelenski dünyanı bunu Rusiyanın hərbi-siyasi rəhbərliyinin qulağına çatdırmağa çağırıb.

Əgər mesaj verilirsə ki, “qərar qəbul edən mərkəz”ə zərbə olacaq, o zaman dünyanın cavabı belə olmalıdır:

“Bankova”nı vursan, deməli, sənin olduğun yerə də zərbə olacaq. İnsanları öldürməyə əmr verən yerə zərbə olacaq. Bunu etsən, bilməlisən ki, nəticələrdən asılı olmayaraq, bir saniyədən sonra sənin “qərar qəbuletmə mərkəzin”ə zərbə olacaq”, – deyə Zelenski vurğulayıb.

Prezident deyib ki, “hədə-qorxu gələn şəxs bilməlidir ki, bu, küçədə başqasını öldürən, soyğunçuluq edən hər kəslə eynidir. O, soyğunçuluq etməmişdən əvvəl bilir ki, buna görə həbsə düşəcək”.

“Humanizm haqqında çox şey demək olar, amma biz gücdən başqa heç nə başa düşməyən belə bir qonşu ilə yaşayırıq.

Rusiya Federasiyasındakı cəmiyyət isə bilməlidir: siz başqa cəmiyyətə hücum edirsiniz, prezidentiniz mülki insanları öldürür. Əgər siz prezidentinizə təzyiq etməsəniz, dünya sizdən təcrid olunacaq”, – Zelenski əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*