Zelenskidən Quterreşə TƏŞƏKKÜRbackend

Zelenskidən Quterreşə TƏŞƏKKÜR

Ukrayna Prezidenti Volodimr  Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə söhbətində Azovstal zavodundan yaralıların təxliyyəsinə köməklik göstərməyi xahiş edib.

KONKRET.az “Ukrinform”a istinadən xəbər verir ki, bu   barədə Ukrayna Prezident administrasiyası məlumat yayıb .

Bildirilir ki, dövlət başçısının Quterreşlə telefon danışığı olub, söhbət zamanı “Azovstal”dan mülki şəxslərin təxliyəsinin birinci mərhələsi və bu istiqamətdə gələcək əməkdaşlığı müzakirə ediblər.

Zelenski Quterreşi 121 nəfərin Azovstaldan çıxarıldığı birinci mərhələnin uğurla keçdiyi barədə məlumatlandırıb və təxliyə əməliyyatının uğurla davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Prezident Ukrayna vətəndaşlarının Azovstaldan çıxarılmasında göstərdiyi səylərə görə  BMT-nin baş katibinə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*