“Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər. Söhbət Kursk bölgəsinin bir hissəsinin işğalçıların nəzarətində olan Ukrayna əraziləri ilə dəyişdirilməsindən gedir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski, “The Guardian” nəşrinə verdiyi müsahibədə bildirib.
Zelenski, danışıqlar başlanarsa, Ukraynanın Rusiyaya Kursk bölgəsinin bir hissəsini, işğal altındakı Ukrayna əraziləri ilə dəyişdirməyi təklif edəcəyini deyib.
Prezidentin sözlərinə görə, Ukrayna və Rusiya arasında baş tutacaq müzakirələrdə Kiyev tərəfi əraziləri qarşılıqlı olaraq dəyişdirməyi planlaşdırır.
Bununla yanaşı, Zelenski hələ hansı ərazilərin dəyişdiriləcəyini müəyyən etmədiklərini diqqətə çatdırıb.
“Bizim üçün bütün ərazilər vacibdir, heç birinin digərindən üstünlüyü yoxdur,” – deyə Zelenski vurğulayıb.
Aysu İbrahimova,
KONKRET.az