Zəlzələ qurbanlarının övladlığa götürülməsi ilə bağlı – AÇIQLAMAbackend

Zəlzələ qurbanlarının övladlığa götürülməsi ilə bağlı - AÇIQLAMA

“Xaricdə yaşayan vətəndaşlardan zəlzələdən zərər çəkmiş uşaqlarımızı övladlığa götürmək tələbi olduğu üçün açıqlama vermək zərurəti yaranıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb.

“Hazırda zəlzələ ilə əlaqədar himayədar ailə və ya övladlığa götürmə üçün həyata keçirilən xüsusi proqram yoxdur. Buna görə də müvafiq qanunvericiliyə uyğun olaraq uşaqlarımızın himayədar ailə xidməti çərçivəsində xaricdə yaşayan ailələrin yanına verilməsi məqsədəuyğun deyil. Çünki himayədar ailə olmaq üçün Türkiyədə yaşamaq şərtdir”, – açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*