“Zəngəzur bölgəsi Tehran üçün mühüm rol oynayır” – Zohuribackend

"Zəngəzur bölgəsi Tehran üçün mühüm rol oynayır" - Zohuri

“Zəngəzurla bağlı heç kimin iddiası olmamalıdır”.

KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Badaşxan Zohuri deyib. Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də səfir Abbas Badaşxan Zohurinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşüb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib.

“Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə müşahidə etmək olar.
Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.

İran Qafanda konsulluq açdı, bunu yüksək qiymətləndiririk. Zəngəzur bölgəsi Tehran üçün mühüm rol oynayır. Heç bir dövlətin bu regiona qarşı iddiası olmamalıdır”, – deyə Zohuri bildirib.

Qeyd edək ki, bu günlərdə Ermənistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Mais
    Noyabr 22, 2022 - 18:02

    Get otunu otla fars iti…

  • Fedya
    Noyabr 22, 2022 - 21:22

    Sizin vardapetinizi🗣️

Mais üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*