Ermənistanda məhkəmə Gümrü merini həbsdə saxladıbackend

Ermənistanda məhkəmə Gümrü merini həbsdə saxladı

Ermənistanda məhkəmə Gümrü şəhərinin meri Vardan Qukasyanın vəkillərinin həbsin ləğvi ilə bağlı vəsatətini rədd edib. O, həbsdə qalmağa davam edəcək.

KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Aramais Ayrapetyan bildirib.

Qeyd edək ki, martın 4-də Antikorrupsiya Məhkəməsi V.Qukasyanın həbsini ikinci dəfə iki ay müddətinə uzadıb.

“Bu, bizim vəsatətimiz idi, məhkəmə onu rədd etdi. Həbs qaydasının dəyişdirilməsi məsələsi may ayında yenidən müzakirə olunacaq”, – deyə o vurğulayıb.

Məhkəmə iclasları mayın 6 və 14-nə təyin edilib.

Xatırladaq ki, V.Qukasyan 2025-ci ilin oktyabrında həbs edilib. O, rüşvət almaqda təqsirləndirilsə də, ittihamlarla razılaşmır.//oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*