“Zəngəzur dəhlizi əslində “Turan dəhlizi”dir” – Voskanyanbackend

“Zəngəzur dəhlizi əslində “Turan dəhlizi”dir" - Voskanyan

“Zəngəzur dəhlizi əslində “Turan dəhlizi”dir”.

KONKRET.az xəbər verir ki, bunu İranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb.

“Madam ki, həm Əliyev, həm də Ərdoğan rejimi Zəngəzur dəhlizi ilə bağlı müxtəlif bəyanatlar verməkdə davam edir, Ermənistan jurnalistləri və ekspertləri onlara üz tutmağa məcburdur, məncə, erməni seqmentində bu, heç olmasa, əsl “ad”ı ilə adlandırılmalıdır.

Zəngəzur dəhlizi “Turan dəhlizi”dir ki, Azərbaycanla Naxçıvan arasında deyil, Türkiyə ilə Azərbaycan arasında quru əlaqəni təmin etməli, həm də Türkiyə ilə Orta Asiyanın türkdilli dövlətləri arasında ən qısa və fasiləsiz rabitə yolu Azərbaycan üzərindən keçməlidir.

Müvafiq olaraq, Zəngəzur dəhlizi adı sadəcə olaraq öz əsl məzmunu və mülahizəsini gizlətmək üçün bir vasitədir. Ona görə də “Turan dəhlizi” onun əsl mahiyyətini əks etdirir”, – deyə Voskanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*