Zəngəzur dəhlizinə alternativ yoldan xəbər var – FOTObackend

Zəngəzur dəhlizinə alternativ yoldan xəbər var – FOTO

İşğaldan azad olunmuş ərazilərdə dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam etdirilir.

KONKRET.az xəbər verir ki, Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83%-i, tikinti-quraşdırma işlərinin isə 63%-i tamamlanıb.

Uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək.

WhatsApp Image 2025 04 18 at 13.41.16 1 WhatsApp Image 2025 04 18 at 13.41.16 2 WhatsApp Image 2025 04 18 at 13.41.17

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*