Zəngilanda hərbçilərin yürüşü keçirildi – VİDEObackend

Zəngilanda hərbçilərin yürüşü keçirildi - VİDEO

Zəngilan Şəhəri Günündə hərbçilərin iştirakı ilə yürüş təşkil olunub.

KONKRET.az xəbər verir ki, bu gün münasibətilə Zəngilan Konqres Mərkəzinin qarşısında keçirilən yürüşdə Daxili işlər Nazirliyi və Daxili Qoşunların əməkdaşları, eləcə də Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, 3 il bundan öncə Zəngilan şəhəri 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*