İtaliyada quraqlıq və isti zeytun qıtlığına səbəb olub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada hər il təxminən yarım milyon ton zeytun yağı istehsal edilir.
Proqnozlara görə, bu il bu rəqəmin yarısı qədər yağ istehsal olunacaq. Bu o deməkdir ki, məhsulun qiyməti kəskin bahalaşacaq.
Qeyd edək ki, Avropanı ikinci isti dalğası gözləyir. Qitənin cənubunda temperatur 48 dərəcəyə qədər artacaq. Sinoptiklər avqustun ən isti ay ola biləcəyini proqnozlaşdırırlar. Belə ki, İtaliyanın Sardiniya adasında temperatur rekordu gözlənilir. Burada havanın hərarəti 50 dərəcəni keçə bilər.
İqbal Rzayev,
KONKRET.az
